Gənc yazarların antologiyası hazırlanır

Gənc yazarların antologiyası hazırlanır
calendar 20 iyun 2016
clock 14:30

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc yazıçı və şairlərin bədii əsərlərinin toplanacağı “Ən yeni ədəbiyyat” adlı antologiya hazırlayır.

Kulis.Azın xəbərinə görə, Azərbaycan ədəbi gəncliyinin təbliği, gənc istedadların üzə çıxarılması məqsədi ilə hazırlanan toplunun redaksiya heyətinin ilk toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, ədəbi tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal, Mərkəzin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, yazıçı Yaşar Əliyev, ədəbi-bədii mətnlər üzrə dil mütəxəssisləri Mahir Qarayev və Etimad Muradov iştirak ediblər.

Tədbirdə antologiyanın tərtib prinsipləri, kitabda yer alacaq müəlliflərin və onların bədii mətnlərinin seçim kriteriyaları barədə müzakirələr aparılıb.

Toplantının geniş mətni “Aydın Yol” qəzetinin 24 iyun 2016-cı il tarixli sayında nəşr ediləcək.

# 904 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news