Özgə təri hopmuş ər köynəyi - ŞEİRLƏR

Özgə təri hopmuş ər köynəyi - <span style="color:red;">ŞEİRLƏR
calendar 5 sentyabr 2016
clock 12:10

Kulis.Az şairə Seyid Aynurun yeni şeirlərini təqdim edir.

Özgə təri hopmuş boyalı köynək

Yamaq vurar dərdlərə qadın:

Səhər üzü qayıdan ərinin

özgə təri hopmuş boyalı köynəyinə,

Uşağının “2”-lərlə dolu gündəliyinə,

Deyingən qayınanasına baxa-baxa,

iynələr barmağına bata-bata

Dərzi olar qadın!

***

Yuva tikər balasına -

memar qarışqalar.

öldürər bəzən

körpəsini bətnində-

memar analar!.

“Boğaz yoldaşıdır uşaqlar”.

Qulaqlar küləyə bənddir!.

sevənlər bilər:

sarı, qırmızı, yaşıl

yellənər

sırğalar...

Qəhərli gözlərdə

pərdətək dalğalanar yaşlar;

bağlanan,

açılan -

aynadır gözlər!

***

Lavanda tarlası,

Türkiyə,

Quyucuq kəndi:

Yanaqlarını sevgilisinin üzünə sərən

gülərüz qadın

bənövşəyi sonsuzluğa baxıb,

sığal çəkər dikəlmiş qarnına,

pıçıltıyla soruşar kişidən:

“şair yoxsa, rəssam olsun!”

Göyərçini cütləşən

bir şair dayanar səhərədək

pəncərə altında:

tiftik basmış köhnə paltosu,

gileylənər havadan.

bərk-bərk qucaqlayar ilgəkləri

üşüyən düymələr,

Göyüzü suçiçəyi çıxarar

tökər ulduz –ulduz.

Sözlərin hərarətindən

çırpılar üzə qapılar,

Ayrılıqlar adamı gecə tapar-

biz oyaqikən.

yapışar bir qadının barmaqları əl havasından,

Diksinərək oyanar,

açar gözlərini mənzil.

Uçurar ev çəkələtləri titrəyən ayaqları,

beşikdə qorxudan

bağrı çatlayan çağaya sarı.

Kimsə görməz şairi

səhər unudular olanlar,

göyərçini cütləşən,

itən məktub olar ayrılıq!.

Haykular

Tumurcuq ağac,

Toxum səpən küləklər

Məhsul yığımı.

***

Dənizdə dalğa,

Buruq-buruq gur saçlar

Nərə çəkən şir.

***

Düzlərdə lalə,

Xal-xal olmuş ürəyim

Parabüzənlər.

***

Fit çalan külək,

Düşən qar dənələri

Nəhəng stadion.

***

Yem gəzən qarğa,

Qarğadalı zəmisi

Qorxunc müqəvva.

***

Bağçada oraq,

Kimsəsiz qoca qadın

Dünyanın dərdi.

***

Tərli pəncərə,

Adların baş hərfləri

Xınalı əllər.

***

Arı quşları,

Yayın sonuncu günü

Vida nəğməsi.

# 1036 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news