Elçin Əlibəylinin kitabı çıxdı - FOTO

Elçin Əlibəylinin kitabı çıxdı - <span style="color:red;">FOTO
calendar 27 oktyabr 2016
clock 17:25

Teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin sayca üçüncü “Televiziya yayımının təhlil metodologiyasının əsas istiqamətləri” adlı kitabı çap olunub.

Kulis.Azın verdiyi xəbərə görə, kitabda müəllif televiziya yayımının vahidlərini müəyyən edərək onun təhlilini, metodoloji bazasını yaratmaqla kontent analizin, həmçinin dövrü tənqidin əsas istiqamətlərinin müəyyən edib. Oxucular bu kitabda televiziya yaradıcılığının təhlil tipi, xüsusiyyətləri, həmçinin, təhlil prosesinin elmi-nəzəri əsasları barədə ətraflı məlumat ala biləcəklər.

Müəllif burada televiziyanın bütünlüklə mahiyyəti, bədii-estetik cəhətləri, sosial-psixoloji tərəfləri, insan şüuruna təsir mexanizmlərini təhlil edib. Həmçinin televiziya yayımı işində başlıca yer tutan jurnalistika, marketinq, həmçinin yaradıcı prosesdə iştirak edən digər fəaliyyət sahələrinin işi analiz edilərək onun təhlildə yeri və metodoloji əsasları təklif edilib. Müəllif kitabda bir neçə elmi və yaradıcı sahənin televiziya yayımında iştirakını nəzəri cəhətdən araşdırılaraq təqdim edib.

“Televiziya yayımının təhlil metodologiyasının əsas istiqamətləri” kitabı televiziya işini araşdıran tədqiqatçılar, gənc alimlər və televiziya sahəsində çalışanlar üçün nəzərdə tutulub.

news-detail

# 1177 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news