Şərif Ağayar tələbələrlə görüşüb

Şərif Ağayar tələbələrlə görüşüb
calendar 28 aprel 2017
clock 15:42

Dünən Şərif Ağayar Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin tələbələri ilə görüşüb.

Kulis.azın verdiyi xəbərə görə, çağdaş ədəbiyyat, yaradıcılığın fəlsəfəsi, yazıçının romanları, həmçinin yeni çapdan çıxmış “Arzulardan sonrakı şəhər” romanı haqqında müzakirələr aparılıb.

Tədbiri Humanitar fənlər fakültəsinin dekanı dos. Səfər Məmmədov açıb. Dekan qeyd edib ki, tədbir “Auditoriya+” layihəsi çərçivəsində keçirilir. Məqsəd tələbələrin filoloji təfəkkürünün inkişaf etdirilməsidir.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dos. Ülviyyə Rəhimova tələbələrə Şərif Ağayarın yaradıcılığı haqqında məlumat verib. Kafedra müdiri bildirib ki, “Arzulardan sonrakı şəhər” romanı müasir Azərbaycan ədəbiyyatı üçün yeni hadisədir.

Görüşdə müasir roman, yazıçının mütaliəsi və motivasiyası, müasir Azərbaycan romanının və nəşrinin vəziyyəti, realizm və sosialist realizmi ədəbi cərəyanları, sovet yazıçıları və sovet dövrü yazıçıları, müstəqilliyin bərpasından sonra Azərbaycanda sandıq ədəbiyyatının çıxmamasının səbəbləri, yazıçının estetik həll problemi kimi maraq və mübahisə doğuran məsələlər ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Sonda Şərif Ağayar kitablarını tələbələrə hədiyyə edib

# 1149 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news