Yusif Vəliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Yusif Vəliyevin anadan olmasının 100 illiyi qeyd edilib
calendar 4 iyun 2017
clock 11:06

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaradıcı heyət əvvəlcə ustad sənətkarın məzarını ziyarət edib.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, əməkdar artist Ənvər Həsənov mərhum aktyorun qəbrinə gül dəstələri düzərək Yusif Vəliyev haqqında xatirələrini bölüşüb.

Tədbirdə mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin aparıcılığı ilə baş tutan xatirə gecəsinin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov olub.

İ.Rəhimli Azərbaycan teatrı tarixində silinməz izlər qoyan Yusif Vəliyevin səhnəyə gəlişindən, oynadığı rollardan, bütün aktyorlara nümunə ola biləcək səhnə sevgisindən danışıb. Professor teatr səhnəsi ilə yanaşı, kino sahəsində də öz sözünü deyən ustad sənətkarın ifa etdiyi obrazların məziyyətlərini təhlil edib.

Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Rasim Balayev, Rafiq Əzimov, əməkdar artistlər Almaz Mustafayeva, Ənvər Həsənov, Ötkəm İskəndərov və başqaları çıxış edərək Yusif Vəliyevin yaradıcılığı, Azərbaycan teatrına verdiyi töhvələr, sənətkarın yüksək insani keyfiyyətlərini dilə gətiriblər.

Teatrın gənc və istedadlı aktyorları, əməkdar artist Elşən Rüstəmov, aktyorlar Günel Məmmədova, Səbinə Məmmədova, Elnur Kərimov səhnəyə çıxaraq ölməz şair Səməd Vurğunun "Dünya" şeirini səsləndiriblər.

Sonda sənətkarın həyat yoldaşı Zemfira Sadıqova çıxış edərək yubileyin keçirilməsində əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.

Gecədə aktyorun rol aldığı filmlərdən kadrlar, ifa etdiyi tamaşalardan görüntülər nümayiş etdirilib. Teatrın foyesində isə ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunub.

# 1205 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news