Mən badə qaldırıram, viran qoyduğun evə, səni sevə-sevə

Mən badə qaldırıram, viran qoyduğun evə, səni sevə-sevə
calendar 25 dekabr 2013
clock 12:34

Kulis.az rus şairəsi Anna Axmatovanın şeirlərini şair, bu gün 55 yaşını qeyd edən Ramiz Qusarçaylının tərcüməsində təqdim edir.

Sakit-sakit axır Don,

Ötür gecə səsindən.

Diksinir Ay işığı

Bir İnsan kölgəsindən.

Dolub sahildə qadın,

Nə qazandı həyatda;

Əri qəbirdə yatır

Oğlu da qazamatda...

***

Mən badə qaldırıram

Viran qoyduğun evə,

Və... səni sevə-sevə,

İçirəm yoxluğuna,

Bir də gözlərindəki

Ölü soyuqluğuna, ikilikdə təkliyə...

Tanrı da bu sevgini

Xilas etmədi deyə...

***

Mən qulaq asmırdım qapı dalından,

Səni izləmirdim səndən gizlicə.

Mən sənə güvəndim inandım sənə -

Bilmədim, sən məni aldatdın necə...

İndi gəlib üzr istəyəcəksən ,

Niyə bağışlayım,

Nəyi və kimə...

Səni sevməsəydim bağışlayardım

Nə üzlə qaytarım səni qəlbimə?!

**

Söylə mənim adım nəyinə gərək,

Sahildə əriyən ləpələr kimi,

Səsində qarıyan son kədər kimi

Dilinə dəyməmiş ölüb gedəcək...

Söylə, mənim adım nəyinə gərək,

Ölü iz qoyacaq and yerində o,

Yad dildə yazılan yazılar kimi

Qonub baş daşına cizgilənəcək...

Söylə, mənim adım nəyinə gərək,

Səni ki, könlümə yetirməyəcək,

Bir də o sevgini bitirməyəcək,

Öləcək meşənin decə səsi tək...

Bir güncə...

Qəlbinin qərib çağında

Kədərdən asılan tənhalığında

Həsrətin tarıma çəkilən vaxtı

Adım dodağına qayıdacaqdır...

# 1998 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news