“Qarabağlı Hüseynalı Bəy” romanının təqdimatı keçirildi

“Qarabağlı Hüseynalı Bəy” romanının təqdimatı keçirildi
calendar 4 mart 2016
clock 16:51

Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə çap edilmiş Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı Bəy” romanının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AYF-nin aparat rəhbəri Qismət Rüstəmov qeyd edib ki, bu kitabın məhz cənab prezident İlham əliyevin elan etdiyi Multikulturalizm ili çərçivəsində çap olunması təsadüfi deyil. O həmçinin vurğulayıb ki, fond tərəfindən bu seriya üzrə kitabların çapı davam edəcək. Bu gün AYF tərəfindən Qan Turalının “Fələk Qırmancı” kitabı çap edilib və həmin kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Daha sonra çıxış edən Qarabağ qazisi Əli İsmayılov kitab barədə tədbir iştirakçılarına geniş məlumat verərək, Qarabağlı Hüseynalı Bəyin keçdiyi şərəfli həyat yolundan söhbət açıb.

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Amid Əlioğlu çıxışında qeyd edib ki, fondun başlatdığı kitab seriyası təqdirə layiqdir. O müəllifin kitabının Azərbaycan ədəbiyyatına töhfə olduğunu qeyd edərək, yazara uğurlar arzulayıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Nərminə xanım bu kitabın gənclərin tariximizlə yaxından tanış olması sahəsində çox uğurlu vasitə olacağını bildirərək, AYF ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasındakı əməkdaşlıqdan məmnun olduqlarını bildirib.

Sonda çıxış edən müəllif Rövşən Asifoğlu kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullaya və AYF-yə təşəkkürünü bildirib.

Qeyd edək ki, müəllif yaxın zamanlarda yeni kitabla oxucuların görüşünə gələcəyini bildirib.

# 963 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news