Çingiz Aytmatovun senzuraya məruz qalan povesti nəşr olunub

Çingiz Aytmatovun senzuraya məruz qalan povesti nəşr olunub
calendar 7 aprel 2016
clock 15:00

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun daha bir əsəri Azərbaycanda işıq üzü görüb.

Yazıçının 1957-ci ildə Moskvada təhsil aldığı illərdə qələmə aldığı və İkinci Dünya Müharibəsi zamanı arxa cəbhənin reallıqlarının əks olunduğu “Üz-üzə” povesti AMEA Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunub.

Kitaba AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “İnsan mənəviyyatının böyük ədəbiyyatı” adlı ön söz yazıb. Ön sözdə Ç.Aytmatovun yaradıclığından, “Üz-üzə” povestinin ideya-məzmun xüsusiyyətlərindən və əsərin tərcüməçisi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Mehman Həsənovun fəaliyyətindən bəhs olunub.

Xatırladaq ki, “Üz-üzə” povestinə görə yazıçı senzura tərəfindən təzyiqlərə məruz qalıb. Çingiz Aytmatov əsərdə, müharibə və qələbə ilə bağlı imperiya təbliğatından fərqli olaraq, müharibədən qaçan insanın obrazını ədəbiyyata gətirmiş, arxa cəbhədə aclıq, yoxsulluq və ən əsası vicdanı ilə sınağa çəkilən kəndin gerçəkliyindən yazmışdır. İlkin nəşri zamanı əsərin tam variantda çapına imkan verilməmiş, 1990-cı ildə yazıçı yenidən əsərə qayıdaraq yarım qalan hissələri tamamlamışdır.

Kitabda yazıçının Ön sözü ilə birlikdə “Üz-üzə povestinin təkmil variantı oxuculara təqdim olunmuşdur.

# 1046 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news