Ancaq uşaqların yaşadığı dünya – Ayxan Ayvazın ÖN SÖZÜ

Ancaq uşaqların yaşadığı dünya – <span style="color:red;">Ayxan Ayvazın ÖN SÖZÜ
calendar 28 mart 2017
clock 17:20

Kulis.az gənc yazar Ayxan Ayvazın bu gün çapdan çıxan “Buri” adlı hekayələr kitabına yazdığı “Mənim hekayəm” adlı ön sözü təqdim edir.

Bir dəfə əlyazmadakı hekayəmi atamın masasına buraxıb futbol oynamağa getmişdim. Qayıdanda onun ev telefonunda kiməsə bu hekayəni oxuduğunu gördüm. Baxışlarımız toqquşanda özünü itirdi, söhbətin səmtini dəyişdi, amma əlindəki kağızlar onu faş eləyirdi.

Telefonda söhbətini bitirib dəstəyi asanda kağızları üstümə atıb hirslə dedi:

- Sən də bədbəxt oldun!

Vağzalda dayanmışdıq. Atam siqaret çəkirdi. Hay-küylə keçib gedən, bir-biri ilə vidalaşan, görüşən adamları göstərib demişdi: “Adamları tanıyanda, qorxma”.

Bu cümlələr o zaman hələ bığ yeri təzəcə çıxmış bir gənc üçün ağır cümlələr idi. Sonra bu ağırlığın üstünə atamın ölüm ayağında pıçıldadığı cümlələr də əlavə olundu: “Sən hər şeyi gördün. Bunları da yazarsan”.

Bu üç hadisəni niyə danışdım?

Əvvəl mənim üçün yazmaq şöhrət qazanmağa hesablanmışdı. Hamının diqqətini çəkmək istəyirdim. Hərdən də düşünürdüm ki, atamın kölgəsində qalıram. Atamın yazıçı kimi qəbul olunmasını qısqanırdım. Sonra isə gördüm, yox, bu cəmiyyətdə atamın yeri yoxmuş. O zaman mənə hekayəmi qaytarıb “Sən də bədbəxt oldun” deməyini anladım.

İkinci bir tərəfdən də atam yazmağın tərəfdarıydı. Nə qədər ürəyində yazmamağımı, onun kimi “bədbəxt” olmamağımı istəsə də, bir tərəfdən də mənimlə içdən-içə fəxr edirdi. Amma həm də oğlundan narahat idi. Ona görə də “adamları tanıyanda qorxma” demişdi.

Sonuncu hadisə isə o deməkdir ki, yazmaq mənim taleyimdir...

Bu kitaba seçdiyim 10 hekayə isə mənim qazancımdır. 80-dən çox hekayənin içindən “sağ qalan” hekayələrdir.

Uşaqlığın, saflığın bulaşdığı hekayələr. Bu hekayələrə bəzən hamıdan, bütün təhlükələrdən qaçıb gizləndiyim yer də deyə bilərik.

Hələ danışılası hekayəm çoxdur...

Hələ bu yolun başlanğıcıdır...

Bu hekayələr də mənim başqa bir dünyaya səyahətimdir.

Ancaq uşaqların yaşadığı dünya...

# 970 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news