Səninlə oyansaq bu gün məsələn - ŞEİR

Səninlə  oyansaq bu gün məsələn - <span style="color:red;">ŞEİR
calendar 15 noyabr 2017
clock 16:27

Kulis.az Həyat Şəminin uyğunlaşdırmasında türk şair Fikret Çelikin şerilərini təqdim edir.

Sevgilim

Səninlə oyansaq bu gün məsələn

Günün ilk işıqları dəysə gözlərinə.

Və sevgilim, gözlərin, gözlərin

Buğda başaqları rənginə bürünsə.

Karacaören kəndinin qırağında

Buğda tarlaları olur bu mövsümdə,

Buğda tarlaları boyunca yüyürsək.

Bir rüzgar əssə daha sonra

Kaf dağlarının ətəklərindən,

Bənzərsiz zamanlara alıb aparsa .

Sən danışsan saçların sovrulsa

Rüzgarın nəfəsində dağılsa səsin.

Sən gülümsərkən gözlərin parlasa

Boğazın mavi sularına düşsə üzün.

Yoxluğun

Sənsiz dadı yox bu şəhərin,

Solğun dənizində

Səs-küylü qağayılar.

Qatilcə işləyir zaman

Yoxluğun ağıllara ziyan.

Ala-bula olmuş kəlmələr

Qafiyələr, kifayətsiz

Dadında bir qəriblik var

Hər qələmə alınan şeirin...

Deyil

Bu qəlb çırpıntısı sizə deyil

Baxmayın elə, inanın deyil

Nə anlamaz şeylərsiniz!

Sizinləyəm mən: doğan günəş

7:45 gəmisi, yeriyən bulud

Boğazda axıb duran mavilik

Baxmayın elə, elə baxmayın

Heç umulmayan bir vaxt bu

Necə deyim, deyilə bilirmi ki?

Nəsli tükənməkdə bu ritmin...

# 1068 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news