Şairlərdən Şərif Ağayara SƏRT İTTİHAM

Şairlərdən Şərif Ağayara  SƏRT İTTİHAM
calendar 2 iyun 2014
clock 13:29

Yazıçı Şərif Ağayar “Ramiz Rövşənin tutuquşuları” məqaləsində bəzi şairlərin hələ də Ramiz Rövşənin təsiri ilə şeir yazdığını qeyd edib. Onun bu fikirləri etiraza səbəb olub.

Kulis.az yazıda adı çəkilən bəzi şəxslərin fikirlərini təqdim edir.

Xəqani Qayıblı: “Öncəliklə, onu deyim ki, istənilən qələm əhli istənilən mətn haqqında istədiyini yazmaqda sərbəst olmalıdır, amma sərməst olmamalıdır... Hə, bu arada, bir bəndin başına ip salıb haray-həşir qoparmaq mətni ələ almaq deyil...

Mən Şərif Ağayarı şəxsən tanımıram, məntiq bunu deyir ki, o, da məni tanımır. Belə olduğu halda, tanımadığın şəxsə qarşı gərək özünə qarşı görmək istədiyin titizliklə davranasan. Əgər mətnə münasibətlə, yazara münasibət arasındakı incəliyi, yumşaq desək, gözardı edəcəksənsə, yenə yumşaq desək, bu iş sənlik deyil...

Əgər kimsə deyirsə ki, heç kimdən bəhrələnməyib, ədəbiyyata elə bir başa tarpadan göydən düşüb, mən o adamın, sadəcə olaraq, səmimiyyətinə inanmıram. Səmimiyyətin olmadığı yerdə isə heç bir şeyin olmadığını izah etməyə ehtiyac yoxdur.

Mənim Azərbaycan poeziyasında bəhrələnmək anlamında birisi olubsa, o, da böyük Məmməd Araz olub, amma bəyəndiyim və bu gün də dönə-dönə oxuduğum isə, işıqlar içində yatsınlar, İsa İsmayılzadə ilə Eldar Baxış olub...

Bir də o şeir 50 yaşlı şairin yox, 25-26 yaşlı şairindi”.

Səhər Əhməd: “Açığı, Şərifin münasibətini ciddi qəbul eləmirəm. O yazının sonunda amatorcasına əsl istəyini büruzə verib: “İndi bu yazıya görə məndən inciyəcəklər”. Şəxsən mən qətiyyən inciyib-eləmirəm. Sadəcə acıyıram, bu yaşda, bu boyda adamın yetənə yetib, yetməyənə bir daş atması, yadda qalmaq istəyi təəssüf doğurur”.

Qulu Ağsəs: “Yazını oxumamışam, ancaq sizin sualınıza cavab olaraq onu deyə bilərəm ki, Ramiz Rövşənin yazdığı başqa şeydir, mən yazdığım başqa şey. O başqa estetikadır, mən yazdıqlarım tamam başqa".

# 2139 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news