Seymur Baycandan Mir Şahinə SƏRT SÖZLƏR

Seymur Baycandan Mir Şahinə SƏRT SÖZLƏR
calendar 23 iyun 2014
clock 13:32

Mir Şahin paxıl adamdı. O, ədəbiyyatdakı yeni imzaları həzm edə bilmir. Paxıllıq bu adamın həyatını cəhənnəmə döndərib. Onun söz oyunları, ədəbi informasiyaları çox köhnəlib. Üstəlik onun bədii təfəkkürü çox aqrardı.” Bu fikirləri yazıçı Seymur Baycan ötən gün “Hesabat” verilişində gedən süjetə cavab olaraq səsləndirib.

Kulis.Aza danışan yazıçı deyib ki, Mir Şahinin saxta monoloqları yalınız savadsız adamlarda maraq doğura bilər. Bu baxımdan onun yeni ədəbiyyata, yeni imzalara qarşı nifrətini başa düşmək olar.

Seymur Baycan Mirşahini meyxananı tirajlamaqda da ittiham edib: “Üzünə ciddi ifadə verib əslində cəfəngiyat danışan bu adam meyxananın Azərbaycanda virus kimi yayılmasında müstəsna rol oynayıb. Meyxananı təbliğ edib sonra ciddi əsər axtarmaq saxtakarlıq göstəricisidi. Meyxanaya qoyulan maya, sərmayə bədii ədəbiyyata qoyulsaydı o zaman Mirşahin ciddi əsər axtarmaqda özündə mənəvi haqq tapa bilərdi. Ümumiyyətlə bu adam yeni ədəbiyyata və yeni imzalara qarşı hər bir fürsətdə öz nifrətini nümayiş etdirir. Burda heç bir sifariş məqsədi filan yoxdu. Bu sırf Mirşahinin içindəki qurdlarıdı ki, zaman-zaman tərpənərək süjetlərə və monoloqlara çevrilir.

O, görür ki, ədəbiyyatda yeni imzalar var. Bu imzalar oxunur. Bunu görmək Mirşahin üçün çox dözülməzdir. O, bu yeni imzaların uğuruna heç cürə dözə bilmir. Çünki özünün köhnəldiyinin fərqindədi. Üstəlik gənc yazarlarla müqayisədə özünün nə qədər savadsız olduğunu da hiss etməkdədi. Bu da onun üçün növbəti bir işgəncə mənbəyidir.”

# 7563 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news