“P.S: Darıxıram”ın imza günü – FOTOLAR

“P.S: Darıxıram”ın imza günü – <span style="color:red;">FOTOLAR
calendar 9 fevral 2015
clock 11:32

8 fevral tarixində Kitabevim.az kitab marketində Cəlil Cavanşirin “P.S: Darıxıram” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabın naşiri Müşfiq Xan müəllifi yeni kitab münasibəti ilə təbrik edib : “İstedadı hər hansı bir cihazla ölçmək mümkün deyil. Hər bir insan üçün dəyərləndirmələr müxtəlif ola bilər. Cəlil bəy yaradıcılığında çox güclü bir insandır. Bu yeni kitabda Cəlil Cavanşirin şeirləri, esseləri yer alıb. Növbəti aylarda Cəlil bəyin araşdırmalarından ibarət məqalələr toplusu işıq üzü görəcək”.

Daha sonra kitabın redaktoru Elməddin Süleymanov fikirlərini oxucularla bölüşüb : “ 1967-ci ildə çex yazıçısı Milan Kundera “Zarafat” romanını yazaraq ölkədən çıxır. 1972-ci ildə Fransada kitab vitrinlərini gəzərkən kitabının tərcümə edildiyini görür. Kundera kitabı alır və kitabda ona aid olmayan cümlələr görür. Tərcüməçini taparaq ona deyir ki, bu kitab mənə aid deyil. Sən bunu necə tərcümə etmisən, çexcə bilirsən? Tərcüməçi deyir ki, yox mən çexcə bilmirəm. Bəs bunu necə tərcümə etmisən, -deyə Kundera soruşur. Tərcüməçi cavab verir ki, ürəyimlə, hissiyatımla.” Şeir hissiyyatla yazılır və mənim bu kitabdakı redaktor payım sadəcə hissiyyatla olub”.

Təqdimatın gedişində yazıçının qələm dostları Pərviz Cəbrayıl və Qismət Rüstəmov çıxış edərək ürək sözlərini bölüşüblər.

Sonda Cəlil Cavanşir tədbirə toplaşan hər kəsə təşəkkürünü bildirib və oxucular üçün kitablarını imzalayıb.

# 2402 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news