Qafqaz Universitetində Mirmehdi Ağaoğlu ilə görüş keçirildi

Qafqaz Universitetində Mirmehdi Ağaoğlu ilə görüş keçirildi
calendar 30 mart 2016
clock 12:33

Dünən Qafqaz Universitetində Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” kitabının müzakirəsi keçirilib. Kulisin verdiyi məlumata görə görüşdə Qafqaz Universitetinin tələbə və müəllim heyəti iştirak edib.

Görüşün təşkilatçıları universitetin Ədəbiyyat və Kitab dərnəyidir.

Tədbiri giriş sözü ilə açan Ülvi Babasoy universitetdə müasir Azərbaycan ədəbiyyatının öyrənilməsindən, tələbələrin müasir yazarlara marağından bəhs edib O, qeyd edib ki, əvvəllər Əkrəm Əylisli, Anar və başqa yazıçılarla belə görüşlər olsa da gənc yazarlarla görüş ilk dəfə baş tutur. Belə görüşlərin davamlı olmasına çalışacaqlar.

Tədbirdə iştirak edən şair Fərid Hüseyn universitetlərdə bu cür tədbirlərinin keçirilməsinin təqdirəlayiq olduğunu bildirib. O, qeyd edib ki, kitaba laqeyd münasibətin olduğu belə bir dövrdə tələbələrin həvəslə müasir yazıçıları oxuması, onların əsərlərini müzakirəyə çıxarması alqışa layiqdir.

Mirmehdi Ağaoğlu çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, “Bu gün səbr elə” romanının yazılmasından danışıb. Yazıçı daha sonra tələbələrin suallarını cavablandırıb.

# 937 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news