Kamal Abdullanın yeni kitabı çıxdı: Düma ilə Coys arasında”

Kamal Abdullanın yeni kitabı çıxdı: Düma ilə Coys arasında”
calendar 12 avqust 2016
clock 11:06

Kamal Abdullanın yeni “Düma ilə Coys arasında” adlı ədəbi-tənqidi esselər kitabı işıq üzü görüb. Kulis.azın məlumatına görə kitab Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Bir dünyalıq ədəbiyyat söhbəti, yaxud esselərdən ibarət roman” adlı önsözü ilə başlayır.

Müəllif kitabda məşhur italyan romançısı Umberto Eko ilə görüş təəssüratlarını, bu görüş əsnasında baş tutan ədəbiyyat söhbətlərinin ədəbi arealının Düma ilə Coys yaradıcılığı arasında cərəyan etdiyini, bu ədəbi məkanda Azərbaycan ədəbiyyatında, ədəbi tənqidində baş ədəbi prosesin yaratdığı assosiasiyalar, müasir Azərbaycan ədəbiyyatının gənc yazarlarının yaradıcılığındakı yeni parıltılar, müstəqillik dövründə qələmə alınan əsərlərlə bağlı düşüncələr, ədəbiyyatımızdakı “boşluq dolduranlar” haqqında fikirlərini ifadə etmişdir. Kitabda irəli sürülən fikirlər müxtəlif məzmunlu ricətlərlə bağlanaraq daha da rəngarəng şəkil alıb.

K.Abdulla burada həmçinin özünün yazdığı romanlarla bağlı müəllif, eyni zamanda bir oxucu kimi də münasibətini ortaya qoyub.

Kitabdakı “Birun-əndərun oyunları” adlı essedə bədii mətnlərdəki söz oyunlarına, “Don Kixotun ölümü”, “Aldanmış oxucu” və başqa esselərində isə müəllif-əsər-oxucu üçbucağında baş verən proseslərə, bu üç faktor arasındakı münasibətlərə K.Abdullanın özünəməxsus münasibəti öz əksini tapmışdır.

# 1978 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news