[b]"Səhv düşəndə yerimiz" – QABİL 91[/b]

[b]"Səhv düşəndə yerimiz" – QABİL 91[/b]
calendar 12 avqust 2017
clock 13:12

Bu gün Xalq şairi Qabilin anadan olmasından 91 il ötür. Kulis.az bu münasibətlə şairin "Səhv düşəndə yerimiz" şeirini təqdim edir.

Duman dağı dolanar

Qiyamət olar

Duman yola sallanar,

Müsibət olar

Müsibət oluruq biz

Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda

Oturar üzməz!

Çay gəmisi dağ boyda

dalğaya dözməz

Dözümsüz oluruq biz

Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa

Buludlar xəsis

Yagiş tokur talişa

hey-hey gərəksiz

Gərəksiz oluruq biz

Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb

Xırçıltı salıb

Qılınc qinda pas atib

qinda kor qalib

heyf kor qalırıq biz

Səhv düşəndə yerimiz.

Ağ biləklər gül əllər

Tarlada qabar

Bir qeyrətsiz yekəpər

Qızıl gül satar

Qeyrətsiz oluruq biz

Səhv düşəndə yerimiz.

Tarin pərdələrini

Düzünə qurban

Yerdəyiş et birini

Xaric vurarsan

Xaric səslənirik biz

Səhv düşəndə yerimiz.

# 1596 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news