Adamlar gözü açıq ölsəydilər biz qu quşları kimi doğulardıq

Adamlar gözü açıq ölsəydilər biz qu quşları kimi doğulardıq
calendar 5 dekabr 2012
clock 08:30

Federiko Qarsia Lorka (1898-1936) ispan şairi, dramaturq, musiqiçi, rəssam-qrafist. İspan ədəbiyyatında XX əsrin ən parlaq nümayəndələrindən biridir. İspaniyadakı vətəndaş müharibəsinin əvvəllərində qətlə yetirilib.

On ikidən çox şeir kitabının, on pyesin və “ Təəssüratlar və peyzajlar” adlı əsərin müəllifidir.

2003-cü ildən başlayaraq hər il İspaniyanın Qranada şəhərində Federiko Qarsia Lorka adına beynəlxalq poeziya müsabiqəsi keçirilir.

Şüalar

Aləm yelpik tək açıqdır.
Qucağını aç, qardaş.
Nöqtə boyda məqamdır
qarşıda-Allah.

Səmir

Quş yalnızlığından ötür.
Törədir hava.
Qulaqlarımızla deyil,
Eşidirik aynalarla.

YER

Biz hamımız
şəffaf şüşələrin,
kor güzgülərin
üstündə addımlayırıq.
Əgər süsənlər, qızılgüllər
ləçəkləri yerə doğru bitsəydilər
torpaq altındakı köklər
ulduzlara, zirvələrə
tamaşa edə bilsəydilər ,
adamlar gözü açıq ölsəydilər
biz qu quşları kimi doğulardıq...

Tərcümə etdi: Günel Xəzəl

# 1297 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news