Dalğalar qırçınlı, donum qırçınlı... - ŞEİR

Dalğalar qırçınlı, donum qırçınlı... - ŞEİR
calendar 6 oktyabr 2015
clock 10:02

Bu gün tanınmış yazar Cavidanın doğum günüdür. Onu bu münasibətlə təbrik edir və onun “Sən bilmədin ki...” şeirini oxucuların diqqətinə çatdırırıq.

Sən
mənim yurdumu
heç görmədin ki,
sən heç gəlmədin ki,
heç bilmədin ki
burda zaman-zaman
dəli küləklər
səndən çox,
səndən xoş əzizlər məni,
elə öz dilimdə nəğmə söyləyər:
- Tı çımı coniş...
(canımsan yəni...)

Sənə danışımmı bizim dənizdən?
Deyimmi kişilər ayrıca çimər,
qadınlar ayrıca, həm də ki donla..?
Dalğalar qırçınlı,
donum qırçınlı...
Neptunun ən dəli, ən çılğın oğlu
sarıb qucaqlayar məni belimdən,
- Mənim ol, mənim ol, ey talış qızı...
sivişib çıxaram barmaqlarından,
gülüşüm
ilişib qalacaq elə
o qalın, o isti dodaqlarında...
dilim çaşıb yenə düzünü deyər:
- Iştı nim...
(Yəni ki, sənin deyiləm...)

Səni xatırladar Günəş hər axşam
Dağlara dağ çəkib gizlənməsiylə,
Səni tapşıraram qədim ruhlara,
qanımda,genimdə, zehnimdə qalan
min illər əvvəlki həyatımdakı
ən məhrəm duamı
pıçıldayaraq:
- Xıdooom, çımı coni
Hodika ım şəv...
(Tanrım, bu gecə də
Canımı hifz et...)

Ehh,
sən gəlmədin ki,
sən bilmədin ki
“Tı çımı coniş...”

# 1075 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news