Tanınmış yazıçının şeir kitabı çıxdı - FOTO

Tanınmış yazıçının şeir kitabı çıxdı - FOTO
calendar 23 noyabr 2017
clock 15:46

Tanınmış yazıçı Vahid Məmmədlinin şeir kitabı çapdan çıxıb.

“Döy qapımı, açmayım” adlı kitabında müəllifin son illərdə qələmə aldığı şeirlər və bir poema yer alıb. “Qanun” nəşriyyatında nəşr olunan kitabın redaktoru Nəzrin Məmmədlidir.

V.Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır. ("Tunc Allahın yükü" "Qrifon" 2007, "Cəllad tələsməyi sevmir" "Eksmo" 2008, "Qeksoqenli yol yoldaşı" "Eksmo" 2010).

Onun detektiv roman və povestlərinin qəhrəmanı olan Ancelo di Bronzo - Tunc Mələk, dünyanın tanınmış detektiv əsərlərinin qəhrəmanları olan Şerlok Holms, Puare, Komissar Meqre, Ceyms Bond, Rusiyada Erast Fandorin, Dronqo kimi qəhrəmanların sırasında duran ilk azərbaycanlıdır.

V.Məmmədli həmçinin Rusiyanın ilk qansız döyüş romanının ("Tunc Allahın yükü" "Qrifon" 2007), Azərbaycanda isə fentezi janrında yazılmış ilk əsər olan "Atropatena dastanı" ("Zərdabi"nəşriyyatı, 2010) trilogiyasının müəllifidir.

Üç kitabdan ibarət olan "Atropatena dastanı" Azərbaycanda həm dastan, həm də dünya oxucuları arasında maraqla oxunan fentezi janrlarının tələblərinə uyğun yazılan ilk trilogiyadır.

Onun son dövrlərdə yazdığı "Buddanın qayıdışı", "Qarabala", "Bakı-2031", "Müqəddəs Məryəm Ananın Efesə köç etməsi" povestləri, "Qırmızı böyürtkən" hekayəsi və digər əsərləri dünyanın bir çox ölkələrində böyük oxucu marağına səbəb olub, onu istedadlı yazıçı kimi tanıdıb.

2010-cu ildə "Atropatena dastanı" adlı kitabı işıq üzü görüb,

Vahid Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və digər ölkələrdə çap olunub

# 985 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news