2018-ci il ədəbiyyat mükafatını Yeni İsveç Akademiyası verəcək

2018-ci il ədəbiyyat mükafatını Yeni İsveç Akademiyası verəcək
calendar 4 iyul 2018
clock 11:23

2018-ci il beynəlxalq ədəbiyyat mükafatının verilməsi üçün Stokholmda Yeni akademiya yaradılıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə yüzdən çox İsveç yazıçısı, aktyoru, jurnalisti və başqa mədəniyyət adamları bu ilin may ayında 2018-ci il Nobel Ədəbiyyat mükafatını verməkdən imtina edən İsveç Akademiyasının qərarına etiraz olaraq Yeni akademiyanı yaradıblar.

İsveç Akademiyasının üzvləri may ayında qərar vermişdilər ki, 2018-ci il Nobel ədəbiyyat mükafatı gələn il, 2019-cu ilin mükafatı ilə birlikdə veriləcək.

“İnsan dəyərlərinin tənəzzülə uğradığı bir zamanda ədəbiyyatın əhəmiyyəti daha da artır. Yeni Akademiya hesab edir ki, belə bir zamanda 2018-ci il ədəbiyyat üzrə Nobel mükafatının verilməsi çox vacibdir” - bəyanatda qeyd edilir.

Yeni Akademiya İsveçin bütün kitabxanaçılarını dünyanın müxtəlif yerlərindən olan yazıçıların namizədliyinin verməyə səsləyib. Yeganə tələb budur ki, yazıçılar ən azı iki kitabın müəllifi olmalı, onlardan biri isə heç olmasa son on il ərzində dərc edilmiş əsər olmalıdır. Qalib oktyabr ayında elan ediləcək. 11 dekabrda mükafatlandırma mərasimi keçiriləcək.

2018-ci ilin əvvəllərində akademiya üzvü şairə Katarina Frostensonun həyat yoldaşı, fransız fotoqraf Jan-Klod Arno ilə bağlı qalmaqal İsveç Akademiyasını sarsıtdı. Bu qalmaqal üzündən Frostenson və başqa bir neçə üzv akademiyanı tərk etdilər, bundan sonra 11 akademik qaldı. Nizamnaməyə görə isə yeni üzvlərin qəbulu üçün akademiklərin sayı 12 olmalıdır.

Yeni akademiya öz mükafatının verilməsini yaranmış situasiyaya etiraz kimi təqdim edir.

# 1223 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news