Pamuk Günter Qrass haqqında: “Ən çətin günlərimdə dəstəklədi”

Pamuk Günter Qrass haqqında: “Ən çətin günlərimdə dəstəklədi”
calendar 14 aprel 2015
clock 10:12

“Günter Grass magik realizmin təşəkkül tapmasına və Marquez-in yaradıcılığına təsiri olmuş bir yazar idi. Yaşayan ən böyük alman yazarıydı”. Bunu türk romançısı Orhan Pamuk aprelin 13-də vəfat etmiş Nobel mükafatlı yazıçı Günter Grass haqda deyib:

“Təbii ki, mən Günter Grass-ı “Tənəkə təbil” çap olunandan, 70-ci illərdən bəri tanıyıram…

2010-un aprelində Avropa üzərində bir kül buludu vardı və təyyarələrin Avropa üzərində uçuşu dayandırılmışdı.

O günlərdə Grass İstanbuldaydı və orada planladığından çox qaldı.

Biz hər axşam görüşər, kafelərə gedər, içər, içər, danışardıq…

Çətin günlərimdə məni imza kampaniyalarıyla dəstəkləmiş, xoş niyyətli, açıq, önyarğısız, çox istiqanlı, səmimi bir dost idi. Atam yaşına yaxın yaşda idi, məndən bir nəsil böyük idi, amma çox dostcasına mehriban bir insan idi.

Günter Grass-ın gəncliyində mənim kimi rəssam olmaq istəməsi, hələ də rəsm çəkməsi, emalatxanasının olması məni həyəcanlandıran və siyasətdən kənar müzakirə etdiyimiz mövzulardan idi.

Rəssam olduğuna görə Günter Grass vizual düşünə bilən bir yazar idi. Mövzusu nə qədər amansız, sərt və siyasi olursa-olsun, hekayənin yazarın yaradıcı yanaşmasına əsaslanmasını öyrətdi bizə”./oxuzali.az

# 1199 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news