“Unutmağa kimsə yox...” rus dilində - FOTO

“Unutmağa kimsə yox...” rus dilində - FOTO
calendar 1 dekabr 2015
clock 15:03

Yazıçı Kamal Abdullanın 2011-ci ildə “Qanun” nəşriyyatında çap olunmuş “Unutmağa kimsə yox...” romanı bu dəfə yenidən həmin nəşriyyatda rus dilində işıq üzü görüb. Kitab rus dilinə məhşur yazıçı-tərcüməçi Lyudmila Lavrova tərəfindən tərcümə olunub.


Romanın qəhrəmanı gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini, xəzinənin yerini yox, bir sevgi məktubunu deşifrə edir.

Paralel dünyalar, möhtəşəm Ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı, romanın sujetilə paralel addımlayan yunan miflərində qaldırılan problemlərin özünəməxsus həlli… bütün bunlar əsər boyu ilk baxışda sadə görünən hadisənin fonunda canlanır və oxucunu öz ağuşuna alaraq aparır.

Roman ilk dəfə çap olunanda Azərbaycan ədəbi mühitində geniş müzakirələrə səbəb oldu. “Unutmağa kimsə yox...” haqda müxtəlif fikirlər, müzakirələr bu gün də davam etməkdədir.

İnanırıq ki, rusdilli oxucular Kamal Abdullanın bu romanı vasitəsilə Azərbaycan ədəbiyyatının təzə bir qatını kəşf edəcək, özlərinin də sakininə çevriləcəyi yeni bir mifopoetik aləmə səyahət edəcəklər.

# 988 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news