“Dünya ədəbiyyatı”nın yeni sayı çapa hazırlanır

“Dünya ədəbiyyatı”nın yeni sayı çapa hazırlanır
calendar 17 may 2016
clock 13:24

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı yaxın günlərdə işıq üzü görəcək. Bu barədə Kulis.Aza dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib.

Baş redaktor dərginin 2016-cı ildəki ilk sayının bütövlükdə yeni dövr İran ədəbiyyatına həsr edildiyini bildirib. 30-a yaxın müəllifin yaradıcılığını əhatə edən bu sayda XX əsrin 40-cı illərindən etibarən yaranmağa başlayan, müxtəlif növlər və janrlar üzrə inkişaf tapan, çağdaş forma və məzmuna malik İran ədəbiyyatı nümunələri yer alıb. Seyfəddin Hüseynlinin sözlərinə görə, dərgidəki bütün materiallar, istisnasız olaraq, orijinaldan – fars dilindən tərcümə edilib: “Dərginin kifayət qədər iri həcmə malik yeni sayına zəmanəmizin ən məşhur İran ədiblərinin yaradıcılığını dolğun şəkildə əks etdirən roman, pyes, poema, hekayələr, şeirlər daxildir. İcmal və təhlil məzmunlu iki geniş məqalə müasir İran nəsri və poeziyasının mənzərəsinə xeyli dərəcədə aydınlıq gətirir. Tərtibatda istifadə olunan rəsmlər və fotolar isə, illüstrasiya rolu oynamaqdan daha çox, çağdaş İran kinosu və rəssamlıq sənətinin uğurlarından xəbər verir”.

# 1369 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news