Jül Vernin zaman kapsulu tapıldı – ŞOK FAKT

Jül Vernin zaman kapsulu tapıldı – <span style="color:red;">ŞOK FAKT
calendar 3 may 2017
clock 09:00

Jül Vernin zaman kapsulu (Gələcək nəsillərə göndərilən məktub. Adətən kapsulun içində mühafizə olunur, həmin kapsul tikilməkdə olan binanın və ya abidənin özülünə atılır– red.) tapılıb. Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə fransız alimlərinin arxeoloji qazıntılar zamanı zaman kapsulu aşkar olunub.

Onlar iddia edir ki, bu kapsula böyük fransız yazıçısı Jül Vernə məxsusdur.

Pireney sıra dağlarında möhtəşəm kəşf ortaya çıxıb. Paris Descartes Universiteti, Amerikadakı “The Explorers Club”unda çalışan bir arxeoloq və tarixçi alim Pireney dağlarında araşdırmalara başlayıblar. Jül Vernin əsərlərini, məzarını incələyiblər və araşdırmaların sonunda ağlasığmaz kəşfə nail olublar. Nəticədə XIX əsrə aid metal qutu tapılıb.

Məşhur fantastik əsərlərin müəllifi yazıları ilə bərabər həm də ölümündən sonra insanları heyrətləndirib. XIX əsrə aid qutunun içərisində qiymətli kağızlar, məqalələr və müxtəlif maraqlı predmetlər aşkar olunub. Təəssüf ki, bunlar da zamanın təsiri ilə zərər çəkiblər. Tədqiqatçılar Jül Vernə aid heç bilinməyəcək məlumatların burda olacağını düşünürlər. Qutunun içərisində oxunmayan kağızlar yazıçının çap olunmayan əsəri də ola bilər.

Alimlər əldə olunan materialları yenidən araşdırmaq, bərpa etmək niyyətindədirlər. Araşdırma davam edəcək və qutunun içindəkilərin nədən ibarət olduğu mətbuata açıqlanacaq.

# 992 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news