Suriya müharibəsinin sevindirdiyi uşaqlar - FOTO

Suriya müharibəsinin sevindirdiyi uşaqlar - <span style="color:red;">FOTO
calendar 21 iyun 2017
clock 11:19

Dağıntılar, bombalar, mərmilər, müharibə dəhşətləri içində yaşayan, yəni, müharibənin gündəlik həyat tərzinə çevrildiyi bir şəhərin uşaqlarını necə sevindirmək olar? Daha doğrusu, onlar uşaq sevincini necə hiss edə bilər?

Düşmənlə deyil, müharibənin özüylə vuruşan bir adam düşünün. Bəs bu necə ola bilər?

Amma Suriyada bir kişi müharibəyə savaş açıb.

Suriyalı rəngkar Əbu Əli əl-Bitar ölkəsindəki vətəndaş müharibəsində istifadə olunan silah, bomba və mərmi artıqlarını yenidən emal edir. Şam bölgəsinin qərbində Duma şəhərində yaşayan 40 yaşlı Əbu Əli müharibə alətlərindən şamdan, musiqi aləti və uşaqlar üçün oyuncaq düzəldir.

Müharibədən əvvəl Əbu Əli evləri bəzəmək üçün heykəllər düzəldirmiş. Müharibə onun ailəsindən 10 nəfəri alır. İntiqam arzusu ilə yaşayan Əbu Əli motosiklet qəzasında ayağını yaraladığı üçün müxaliflərə qoşula bilmir. Ayağa qalxandan sonra rejimin cinayətlərinə sübut kimi silah qalıqlarını yığmağa başlayır. Sonra onlardan nəsə düzəltmək ideyası yaranır və artıq ona silah qalıqları toplamaqda qonşular və uşaqlar da kömək edir.

Müharibənin ağır yükü altında əzilən suriyalı uşaqlar üçün raketlərdən düzəltdiyi yelləncək və oyuncaqlarla dünya mediasının diqqətini çəkən Əbu Əli düzəltdikləri ilə müharibədən intiqam aldığını deyir.

“Öldürmək üçün düzəldilən şeyi uşaqları sevindirəcək. Suriya xalqı ağıllı və cəsarətli bir xalqdır və dünya qədim mədəniyyətimizə və sivilizasiyaya şahiddir. Biz sülh xalqıyıq, biz müharibə xalqı deyilik, biz qansız deyilik”

# 1074 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news