Təbrizli şair kitabını təqdim etdi - Fotolar

Təbrizli şair kitabını təqdim etdi - Fotolar
calendar 18 mart 2019
clock 10:19

Martın 16-da AMEA-nın "Akademkitab" kitab evində AYB-nin üzvü, əslən Təbrizdən olan şair Ümid Nəccarinin "Qaranlığın fotosu" adlı şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Tədbirdə ədəbiyyatşünaslar, tanınmış ictimaiyyat nümayəndələri, şairin qələm dostları iştirak ediblər.

Tədbirin aparıcısı Kənan Hacı Ümid Nəccarinin yaradıcılığı barədə məlumat verərək onun müasir poeziyamızda öz dəsti-xətti olduğunu vurğulayıb.

Daha sonra kitabın məsləhətçisi Səlim Babullaoğlu, millət vəkili Sona Əliyeva, əməkdar jurnalist Azər Həsrət, Zahid Sarıtorpaq, Azər Qismət, Elçin Mirzəbəyli, Cavanşir Yusifli, jurnalist Əli Zamani, Dalğa Xatunoğlu eləcə də gənc yazarlardan kitabın redaktoru Emil Rasimoğlu, Fərid Hüseyn, Cəlil Cavanşir, Tural Turan, Nicat Həşimzadə, İntiqam Yaşar, Günel Eyvazlı, Fuad Cəfərli, Aqşin Evren və digərləri çıxış edərək Ümid Nəccarinin şeirlərinin bədii məziyətlərindən söz açmış, sonrakı ədəbi fəaliyyətində müəllifə uğurlar arzulamışlar.

Sonda kitablar müəllif tərəfindən imzalanmış, xatirə şəkili çəkilmişdir.

# 2726 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news