“Şəhər Meri” Tiflisdə təqdim olundu - FOTOLAR

“Şəhər Meri” Tiflisdə təqdim olundu - FOTOLAR
calendar 29 may 2015
clock 17:44

Mayın 28-də Tiflisdə - Didube Sərgi Mərkəzində Beynəlxalq Kitab Festivalı öz işinə başlayıb.

Kulisin məlumatına görə, həmin gün saat 16.30-da Beynəlxalq Kitab Festivalı çərçivəsində, tanınmış yazıçı Məqsəd Nurun "Şəhər meri" romanının təqdimatı, müəlliflə görüş və imza mərasimi keçirilib. Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə "İntellekt" (Gürcüstan) nəşriyyatında gürcü dilində nəşr olunan kitabda tanınmış gürcü ədibləri - Givi Alxazişvili, Şota İataşvili və Georgi Kekelizdzenin rəyləri yer alıb. Romanın tərcüməçisi tanınmış yazıçı və tərcüməçi İmir Məmmədlidir.

Təqdimat mərasimində Azərbaycan və gürcü ədəbiyyatçıları - Quram Odişariya, İmir Məmmədli, Georgiy Kekelidze, Givi Alxazişvili, Kaxa Kudava, Oqtay Kazımov və başqaları çıxışlar edib, Məqsəd Nurun yaradıcılığı haqqında danışıblar. Sonra isə yazıçı Məqsəd Nur oxucuların suallarını cavablandırıb, kitabları imzalayıb. Tədbirdə həmçinin Gürcüstanın və Azərbaycanın KİV nümayəndələri də iştirak ediblər.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bu hadisəni belə şərh edib: “Məqsəd Nurun “Şəhər meri “ romanı müstəqillik illərində milli ədəbiyyatımızda özünəməxsus yeri olan və bu illər ərzində yazılmış ən uğurlu romanlardan biridir. Bu gün əsərin Gürcüstanda nəşr olunması fikrimcə olduqca əhəmiyyətli hadisədir. Əminəm ki, əsər gürcü ədəbi mühitində də yaxşı qarşılanacaq, uğur qazanacaq.”

# 1008 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news