Nazim Hikmət küçəsilə üzü aşağı gedən adam ŞEİR

Nazim Hikmət küçəsilə üzü aşağı gedən adam ŞEİR
calendar 9 sentyabr 2015
clock 16:35

Kulis Qismətin “Şənbə günü saat 12-də” şeirini təqdim edir.

Yağış şəhəri güllə-baran edir.

Gedir,

sağ əlində çətir tutmuş bir adam gedir

Nazim Hikmət küçəsilə üzü aşağı.

Göydələnlərin bahalı kölgəsindəki

evlərin pəncərəsindən

fikirli gözlər zillənir küçəyə.

Qab-qacaqlı, qaş-qabaqlı xanımların gözləri…

Fikrinin çəkməcəsində

“ehtiyat üçün” bıçaq gəzdirən taksi şoferi

sarıköynək avtomobilin pəncərəsindən

topdan və pərakəndə satışla söyüş satır.

Dabanları şişmiş, düymələri düşmüş,

qırmızı vedrəsi moruqla dolu bir uşaq

üzü yağışa tərəf qaçır.

Elə bil, yox olmaq istəyir yağışın içində…

Külək buludları kart kimi qarışdırır.

Vicvicə keçir gölməçələrdən,

suların üzü qırışır…

Sağ əlində çətir tutmuş adam

Nazim Hikmət küçəsilə üzü aşağı gedərkən,

(düz tapdınız, yəni mən)

üşüyür və düşünür:

Axşamlar Cavid parkında

bir qocanı gəzdirməyə çıxarır nəvələri.

Cənab Parkinson!

Başı təslim bayrağıtək sağa-sola yellənir;

ya üstünə hücum çəkən

xatirələri qovmaq istəyir,

ya da ölümün “Gedəkmi?” sualına

“Hələ yox” – deyir…?

Nazim Hikmət küçəsilə üzü aşağı gedən adam

dostlarının yanına tələsir qayğılı addımlarla;

ən sadiq dostlarının – kitabların yanına…

# 1100 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news