Saramaqo və Lyosanın aldığı mükafat bu il Kamal Abdullaya verildi

Saramaqo və Lyosanın aldığı mükafat bu il Kamal Abdullaya verildi
calendar 21 sentyabr 2015
clock 09:27

Əsərləri onlarla ölkədə çap olunan Azərbaycan yazıçısı Kamal Abdulla İtaliyada ədəbiyyat ödülünə layiq görülüb. Yazarın 2014-cü ildə İtaliyada nəşr olunan məşhur “Yarımçıq əlyazma” romanı nəşr edildikdən sonra yerli ədəbiyyat tənqidçilərinin və italyan oxucuların diqqətini cəlb etmiş, roman haqqında italyan intellektualları və yazarları (Umberto Eko, Franko Cardini və başqaları) xoş sözlər söyləmişdir. Roman hissə-hissə “İl sole 24 ore” qəzetində çap olunmuş, Beynəlxalq Milan Kitab Sərgisində təqdimatı keçirilmiş, daha sonra İtaliyanın Mədəniyyət nazirliyi tərəfindən roman təkrar nəşr edilmiş, yerli televiziyalarda roman ətrafında müzakirələr aparılmışdır.

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı bu ölkədə fəaliyyət göstərən ən böyük fondlardan biri Rikardo Tanaturri Fondu tərəfindən yüksək dəyərləndirilib və roman fondun təsis etdiyi Scanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə layiq görülüb. İtalyan mətbuatı qeyd edir ki, (http://www.corrierepeligno.it/anche-gli-ex-ministri-severino-e-saccomandi-fra-i-premiati-al-42-premio-scanno/43514 ), Kamal Abdullaya bu mükafat Scannoprayzın 42-ci təqdimatında “Yarımçıq əlyazma” romanında antik dövrün türk Homeri olan Dədə Qorqudun həyatının sirli interpritasiyasının uğurlu təsvirinə görə təqdim edilib. Mükafatı Azərbaycan tərəfindən yazıçı Kamal Abdullanın adından Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov qəbul edib. 1973-cü ildə təsis olunan bu mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.

Qeyd edək ki, Scannoprayz ədəbiyyat, musiqi, iqtisadiyyat, tibb, kino, memarlıq, teatr və başqa nominasiyalarda təqdim olunur. Bu mükafata layiq görülən tanınmışlar sırasında aktyor və rejissor, məşhur Komissar Kattani rolunun ifaçısı Michele Placido (2002), “Oskar” mükafatçıları kinorejissorlar Mario Monicelli (1980) və Michelangelo Antonioni (1981) və başqalarının adını çəkmək olar. Daha öncə ədəbiyyat sahəsində bu mükafata müxtəlif illərdə Marcelo Figueras (2014), Valerio Massimo Manfredi (2010), David Grossman (2012), Josè Saramago (1998), Antonio Tabucchi (1994), John Updike (1991), Saul Bellow (1988), Mario Vargas Llosa (1989) və başqaları layiq görülüb.

Fotolar Azərtacındır.

# 1042 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news