Yuxarıdan aşağı baxırdı yeni tikililər – ŞEİR

Yuxarıdan aşağı baxırdı yeni tikililər – ŞEİR
calendar 20 may 2016
clock 15:45

Kulis.Az Seyid Aynurun “Dondurma istəyən uşaq” şeirini təqdim edir.

Suvaqsız divarlar,

paslı yelləncək,

Bu gün sirlərini açacaqdı yataqxanamız;

dilə gəlmişdi elə bil həyət-

Qonşular keçmişi xatırladacaqdı,

unudacaqdım işə qayıtmağı,

şəhəri dinləyəcəkdim

zamanın dişinin dibindən çıxmış

köhnə stulda oturub.

Gözəl idi həyat, divarın o biri üzündə

özündən razı adamlar kimi

Yuxarıdan aşağı baxırdı

yeni tikililər

görər deyə binanın acıqlı gözətçisi,

qorxub ciblərimə gizlətdim

çirkli əllərimi

ancaq nəfsim,

nəfsim təmiz idi

deyəsən, unutmuşdum işə qayıtmağı.

qismətini gözləyən qız kimi baxırdı

taksilər gələnə-gedənə

neçə il idi ki, bizim Qasım dayı da

“qaçqınlıq məktəbini” bitirib

taksi sürücüsü olmuşdu-

ancaq hələ də yaxşı tanımırdı

şəhərin bütün küçələrini

görəsən,

daha neçə peşə uydurulacaqdı bu kasıblıqda.

Sirlərini açacaqdı yataqxanamız;

dilə gəlmişdi elə bil həyət,

unutmuşdum işə qayıtmağı

Birdən toppuş əllərini dükana sarı uzadıb

anasından dondurma istəyən

bir oğlan uşağını gördüm-

tanıdım,

beş gün öncə kredit borcuna görə

dama basmışdılar atasını:

Şuşanı aldıqları kimi,

Azadlığını da aldılar əlindən.

O, isə qızına cehiz alacaqdı,

baba olacaqdı

yenə qaldı gələcək yazlara

bu toy.

dilə gəlmişdi elə bil həyət,

unutmuşdum işə qayıtmağı.

Birdən yenə o əlləri gördüm-

Açılmışdı gəmini ovuclayan dəniz kimi

istəmirdi dondurmanın bitməsini

Sahili arzulamayan dalğatək!.

# 945 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news