Kağızdan paltarlar nümayiş olundu - FOTOLAR

Kağızdan paltarlar nümayiş olundu - <span style="color:red;">FOTOLAR
calendar 20 iyun 2018
clock 12:29

Azərbaycanın tanınmış modelyer-dizayneri Şəlalə Maqsudova yeni layihəsini təqdim edib.

Kulis.azın verdiyi xəbərə görə, “Danışan kağızlar” adlı layihə üzərində modelyer iki həftəyə yaxın işləyib:

“Hər kəs kimi mənim də öz dünyam var! Rəngarəng çalarlarla dolu. Qumaşların, əşyaların, təbiətin insanlarla dialoqu mənim dünyamın ayrılmaz parçasıdır. Mənim dünyamda qəlblər və dəyərlər danışır. Dili olmayan gözəlliklər dillənir, canı olmayan əşyalar yaradıcılıq nəfəsimdən nəfəs alıb canlanır. Qərinələrlə kağız üzərində yaşayan yazılar insanlara elm gətirdi. Neçə aşiqlərə söz daşıdı, şairlərə sirdaş oldu, qanun oldu, kitab oldu. Mən də istədim libas olsun! Libas kimi danışsın. Ümid edirəm, öz dünyamdan hamımızın böyük dünyasına bir parça gözəllik qata biləcəyəm. Bu dəfə də xoş gəldiniz xəyallarımdan qaynaqlanan sevgi ilə yaratdığım unikal gözəllik dünyama. Bir balaca da olsa ruhunuzu oxşayıb, gözlərinizi sevindirəcəyəmsə nə xoş mənə”.

“Danışan kağızlar” layihəsində model kimi Vüsalə Əlizadə çıxış edir. Layihənin fotoqrafı Araz Bağırov, rəssam-stilisti Nərmin İbrahimovadır.

# 984 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news