İradə Tuncaydan yeni kitab-Müşfiq insanlar ölkəsi

İradə Tuncaydan yeni kitab-<span style="color:red;">Müşfiq insanlar ölkəsi
calendar 7 noyabr 2014
clock 18:12

Yazıçı-publisist İradə Tuncayın bu günlərdə daha bir kitabı – "Müşfiq insanlar ölkəsi” oxucuların ixtiyarına verilib.

Lent.az-ın məlumatına görə, kitabda, İ. Tuncayın dünyaya baxışlarını, düşüncələrini, bu və ya digər hadisələrə münasibətini, elə öz dili ilə desək: "özündən özünə yol getmək”lə, "öz diyarındakı gerçəklərə inandırmaq”la həyati məqamları əks etdirən esseləri yer alır. Yazıçı təkcə tanınmış simalar deyil, ictimaiyyət tərəfindən az tanınan insanlar haqqında da məharətlə qələmə aldığı yazılarda dolğun, obrazlı təəssürat yaradır.

Bundan başqa, kitabda müəllifin sevdiyi ədiblər, sənətkarlar və onların əsərləri haqqında fikirləri də özünəməxsus çalarlarla diqqət çəkir.

Kitab tanınmış yazıçı, "525-ci qəzet”-in baş redaktoru Rəşad Məcidin ön sözü ilə başlanır. Uzun illərin dostluğu R. Məcidə İ. Tuncayın portretində bir şəxsiyyət, yazıçı, dost cizgilərini göstərməyə imkan verir. Yazıçının yaradıcılığından, onunla xatirələrindən bəhs edən baş redaktor müəllifi daha bir uğuru - yeni kitabı münasibətilə təbrik edir.

Qeyd edək ki, “Müşfiq insanlar ölkəsi”ndən öncə İradə Tuncayın "Sarı odalar”, "Yol” kitabları işıq üzü görüb.

# 1937 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news