Anarla Vaqif Nəsib “atışdı” – AYB-də QALMAQAL

Anarla Vaqif Nəsib “atışdı” – <span style="color:red;">AYB-də QALMAQAL
calendar 5 fevral 2016
clock 15:56

Bu gün AYB-nin Natəvan klubunda “Kaspi” qəzetinin xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimində qalmaqal yaşanıb.

Kulisin məlumatına görə, tədbirin aparıcısı, AYB sədri Anar mərhum şairin dostu Vaqif Nəsibə söz vermədiyi üçün o, ayağa qalxıb, “Vaqif Səmədoğlunu mən də tanıyıram, mənə niyə söz vermirsiniz?” – deyərək etiraz əlaməti olaraq zalı tərk edib.

Anar Vaqif Nəsibin ardınca “Hər oxuyan Molla Pənah olmaz” – deyə atmaca atıb.

Vaqif Nəsib hadisə ilə bağlı Kulisə bunları söyləyib: “Mən Anarı yazıçı hesab eləmirəm, həmişə demişəm ki, o dibçək yazıçısıdır, Dədə Qorqudu bambılı vəziyyətə salıb, ona görə, mənimlə arası yoxdur. Əgər Anara aid tədbir olsaydı mən ora getməzdim. Ancaq Vaqif Səmədoğlu mənim dostum idi və onunla bağlı danışmaq haqqım vardı, Anar imkan vermədi.”

AYB sədri Anar isə Kulisə açqlamasında bildirib ki, Vaqif Nəsibi tədbir boyu görməyib və ona çıxış üçün heç bir müraciət olunmayıb: "Əgər müraciət etsə, məmnuniyyətlə söz verərdim."

Xatırladaq ki, zaman-zaman yazıçı Vaqif Nəsiblə Anar arasında bu cür qalmaqal yaşanıb. Bu cür deyişmələr həm mətbuat səhifələrində, həm də müxtəlif tədbirlərdə baş verib.

# 992 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news