O şəhər o gecədən, sağ çıxmadı səhərə - YENİ ŞEİR

O şəhər o gecədən, sağ çıxmadı səhərə - <span style="color:red;">YENİ ŞEİR
calendar 26 fevral 2017
clock 14:00

Kulis.az şair Nazim Əhmədlinin “Xocalı” şeirini təqdim edir.

o gecə qar yağmadı,

qan yağdı o şəhərə;

o şəhər o gecədən,

sağ çıxmadı səhərə;

hansı bayquş uladı,

o şəhərin üstünə;

ölüm qanad sərmişdi,

o səhərin üstünə;

o gecədən səhərə,

yollar da görünmədi;

dağlar da düşmən oldu,

dumana bürünmədi;

güllələr ilan kimi,

qıvrılırdı gecədə;

yüzlərlə ölüm vardı,

yolda, izdə, küçədə;

göy üzü qan qusurdu,

anaların səsinə;

adamlar qızınırdı,

ölümün nəfəsinə;

Xocalı can verirdi,

gecə qollarım üstə;

qırmızı qan axırdı,

sel tək yolların üstə.

Xocalı can verirdi,

gecənin ağuşunda;

vətən hamilə idi,

bir dərdin yağışına.

nə dünya, nə göy üzü,

nə də Tanrı bilmədi;

Xocalının göz yaşın,

o gün kimsə silmədi;

o şəhər ağlar qaldı,

bu dünyanın heçində;

mən də bir şəhid oldum,

o gecənin içində.

# 1104 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news