Segah oxuyan külək – Mina Rəşidin yeni şeirləri

Segah oxuyan külək – Mina Rəşidin yeni şeirləri
calendar 26 aprel 2017
clock 11:56

Kulis.az Mina Rəşidin yeni şeirlərini təqdim edir.

Ay külək, sən də mənimtək

Bərk hirslisən, deyəsən.

Yerə-göyə sığışmırsan

Ağacları döyürsən.

Əsəbimi sərtliyinlə

Ora-bura çırpırsan.

Görürsən ki, dincəlmədim

Bir segah qaldırırsan.

Nə yaxşı ki, varsan, külək

Ürəyimdə əsirsən.

Mənimlə nəğmə deyirsən,

Mənimlə bir küsürsən.

Qar dənəsi

Türkü söyləyəlim, gəl

Qar dənəsi, səninlə.

Qəlbim sınıq-sınıqdı

Apar məni özünlə.

Billəm, yox olacaqsan

Varlığa gülə-gülə.

Mən də yoxam onsuz da

Əridim gilə-gilə.

Bu ağ-qara dünyada

Buz bağlayıb qapılar.

Kimsəm yox, qar dənəsi

Məni özünlə apar...

Yağış yuyar kədərimi

Yağış yağır... çox sevirəm

Yağışı seyr etməyi.

Yağışın sehrinə düşüb

Uzaqlara getməyi...

Balaca bir dünya qurub

Oynaram uşaq kimi.

Yağış yuyar kədərimi,

Görən tanımaz məni.

Həyat sanki, ürək yaxan

Qəmli nəğmə, hey kədər.

Hərdən bəxtəvər oluram

Yağışın ömrü qədər...

Bax, yenə də bir div gəlib,

Gözəl dünyamı yıxır.

Başım elə qarışıb ki,

Bir də görürəm yağır...

Üzü günəşə

Sərt küləkdə,

toz-duman içində

bir qadın gedir

üzü günəşə

günəş hələ görünməsə də...

bir qadın gedir

heç nəyə baxmadan

əllərində bənövşə...

Image result for mina rəşid

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news