Elçin Hüseynbəyli: “Yazıçılar Birliyində üzvlük ləğv edilməlidir”

Elçin Hüseynbəyli: “Yazıçılar Birliyində üzvlük ləğv edilməlidir”
calendar 7 iyun 2013
clock 13:24

”Katibliyin Şərif Ağayarın üzvlükdən çıxarılması ilə bağlı keçirdiyi iclasda iştirak etməmişəm. Şərifin çıxarılması xəbərini saytlardan öyrəndim. Şərif Fikrət Qoca haqqında çox sərt danışıb. Gərək bunu etməyəydi”.

Kulis.Az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli belə deyib.

O əlavə edib ki, umu-küsü də, narazılıq da ola bilər, amma gərək təhqirə yol verilməsin: “Yazıldı, yazılmadı bir əxlaq kodeksi var. Buna görə Şərifi üzvlükdən çıxarıblar. Aqil Abbasın da fikrini oxudum. Ona qatılıram. Bəlkə alternativ variant tapıla bilərdi. Anlaşmaya gəlmək olardı. Katibliyin də qərarını şübhə altına qoya bilmərəm. Amma daha yumşaq qərar verilə bilərdi. Mərhum Rafiq Tağı da Yazıçılar Birliyindən çıxarılanda da demişdim ki, sərt qərardı”.

Elçin Hüseynbəyli deyib ki, AYB Gənclər Şurasının sədri kimi dəfələrlə müsahibələrində, Anarla söhbətlərində Yazıçılar Birliyinin çevikləşməyə, gəncləşməyə ehtiyacı olması fikrini səsləndirib.

O hazırda da bu mövqedə qaldığını, gözləntilərinin qurultayda özünü doğruldacağına ümid etdiyini vurğulayıb.

“Sadəcə bir az hövsələli olmaq lazımdır. İstefalar məsələsinə gəldikdə isə çoxdan bu fikirdəyəm ki, AYB-də üzvlük məsələsi ləğv edilməlidi. Yəni açıq üzvlük olmalıdır. Kim istəyər üzv olar, kim istəyər üzv olmaz. Onda belə şeylər də ajiotaja səbəb olmaz. Guya AYB kimisə üzv edən kimi həmin adam avtomatik yazıçı olur? Mən düşünürəm ki, AYB açıq qapı siyasəti aparmalıdır. Onda bu cür səs-küylü, skandal xarakterli hadisələrə də yer qalmaz.”

# 3450 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news