“Ədəbiyyat qəzeti”ndə 17 manat 20 qəpik QALMAQALI

“Ədəbiyyat qəzeti”ndə 17 manat 20 qəpik QALMAQALI
calendar 14 may 2014
clock 12:26

Yazıçı Kənan Hacı "Ədəbiyyat qəzeti"i haqqında ciddi ittihamlar səsləndirib.

Kulis.az-a açıqlama verən Kənan Hacı bildirib ki, ona tərcümə etdiyi hekayəyə görə həddindən artıq az qonorar yazılıb: “Ken Kizinin bir hekayəsi mənim tərcüməmdə dərc olunub. Bu çətin hekayənin tərcüməsi üçün aldığım qonorar məni şoka saldı: 17 manat 20 qəpik! Bilirəm, bunlar da qəzetin pulunu basıb yeyəcəklər. Amma yeyəndə də insafla yeyin! Tərcüməçiyə 17 manat pul ayırmaq onun üçün təhqirdir. Büdcədən o qədər pul ayrılır. Normal qonorar ayırmaq olardı. Səviyyəli qəzet buraxmaq istəyirlərsə, bilməlidirlər ki, özünə hörmət qoyan tərcüməçi 17 manata hekayə tərcümə eləməz.Tərcüməçiyə tula payı verməyin, normal qonorar yazın!”

Kulis.az-a məsələ ilə bağlı “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəylinin mövqeyini öyrənib. Elçin Hüseynbəyli bildirib ki, rəhbəri olduğu qəzetdə müəllif yazılarının səhifəsinə 25, tərcümələrə 20 manat qonorar yazılır. Bu məbləğin 15 faizi vergiyə tutulur: “Bu sistemi mən yaratmışam. Məndən qabaq burda qonorar olmayıb”.

# 2860 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news