Dostoyevskinin iliyimizə işləyən 16 dahiyanə AFORİZMİ

Dostoyevskinin iliyimizə işləyən 16 dahiyanə <span style="color:red;">AFORİZMİ
calendar 7 aprel 2017
clock 13:13

Kulis.Az F. M. Dostoyevskinin aforizmlərini təqdim edir.

İnsanların səadət qədər fəlakətə də ehtiyacları var.

Acı ya da şirin, fərq eləməz, xatirələr həmişə əzab verir.

Böyük insanlar bu dünyada böyük əzablar çəkməlidir.

Sevdiyimiz adamın hər yalanında həqiqət, sevmədiyimiz insanın hər həqiqətində yalan axtarmağımız necə də qəribədir.

İnsanı ağrıdan xəyalların suya düşməsi yox, yaşanması mümkün olan xoşbəxtlikləri yaşamamaqdır.

Deyirlər ki, heç nəyə təəccüblənməmək dahilərin işidir, amma məncə bu xüsusiyyət axmaqlara da aiddir.

Həyata yenidən başlasa idim saniyələrin də nəbzini tutardım.

Rahatlıqla xoşbəxtlik olmaz. Xoşbəxtlik böyük əzablardan sonra əldə edilən nemətdir.

Qürurlu insan özünün tanıyan və özünü ən dərinliklərinə qədər mühakimə etməyi bilən insandır.

İnsanın etdiyi ən böyük səhv özünü başqalarının qarşısında gülünc vəziyyətə salmaqdan qorxmasıdır.

Əzab çəkmək ali zəka və həssas qəlbə malik olan insanlar üçün məcburiyyətdir.

Xoşbəxt sonluq yoxdur. Çünki sonluq varsa xoşbəxtlik yoxdur.

İnsan ruhunu yüksəldən əzab hər zaman kiçik xoşbəxtliklərdən daha yaxşıdır.

Səni məndən qoparırlar. Yox, yox! Elə bil ürəyimi yerindən çıxardıb aparırlar. Necə olur bu? Həm ağlayır, həm də gedirsən…

Həyatı gözəlləşdirən ani xoşbəxtliklər deyilmi?

Sən təmiz ürəkli və ağıllısan. Mən isə pisniyyət və axmağam. Amma nə fərqi var? İkimiz də bədbəxtik və ikimiz də əzab çəkirik.

# 2646 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news