Nizamiyə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Nizamiyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
calendar 7 mart 2018
clock 14:51

Altıncı Qlobal Bakı Forumu çərçivəsində martın 14-15-də Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans təşkil ediləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlı konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunacaq.

Konfransda 13 ölkədən - ABŞ, Kanada, Braziliya, Hindistan, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən çox alimin, eləcə də 30-dan çox azərbaycanlı elm adamının, nizamişünasların iştirakı gözlənilir.

Konfrans mövzunun nəzəri və praktik aspektlərini, Nizaminin poeziyasının estetikasını, fəlsəfəsini, ədəbiyyatın və mədəniyyətin “milli mənsubiyyəti”, irredentizm, ortaq mədəni keçmişi kimi problemləri əhatə edəcək. Nizami poeziyasının timsalında mədəni irsin tarixin fərqli mərhələlərində dərki və yozumu, dominant kimlik meyarlarının - dövlət sərhədlərinin, din və dil statusunun dəyişməsi ilə əlaqədar mədəni irsin hansı müasir milli mədəniyyətlərə aid edilməsi prinsiplərini gündəmə gətirəcək.

# 1037 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news