Tanınmış şair Aprel şəhidlərinə şeir həsr edib – Mətn

Tanınmış şair Aprel şəhidlərinə şeir həsr edib – Mətn
calendar 2 aprel 2019
clock 11:07

Kulis.az tanınmış şair İlham Qəhrəmanın Aprel şəhidlərinə həsr etdiyi “Mərmiyəcən yaşamaq” şeirini təqdim edir.

(Aprel şəhidinin dilindən)

Ömür vəfa etmədi -

qara buluda girən aya döndü,

gizləndi məndən...

Kim düzdü bu ömrü sapa, bilmədim,

ha çırpındım,

ömrümün ardını tapa bilmədim?!

Ömürümün sonunda mərmi dayandı...

İyirmiyəcən yaşadım,

Həmin mərmiyəcən yaşadım.

Yıxıldım qaldım torpağınan,

son dəfə sarmaşdıq bayrağınan.

Ömrüm az oldu, amma

vətən sevgimdən tamsındı bir az.

Yağış, günəş, qarıynan sevdim,

Qanım süzən əsgər paltarıynan

sevdim vətəni.

2

Anamın sevgisi

çardağımızın altı kimiydi.

Çardağın altında az oldum,

anam ağlayanda

çardax axtarar məni.

Qonaq-qara olanda

daxaldan məclisə

gətirərdim bardağı...

Qonaq gələndə

bardax axtarar məni.

Hər axşam

çöl qapının çırağını

mən yandırardım.

Axşam düşəndə

çırax axtarar məni.

3

Atam toya gedəndə

çəkmələrini silərdim.

Toya hazırlaşanda

atamın yadına düşərəm.

Başımda iki burux vardı, -

“iki arvad alacaq?”-deyirdilər.

İkiburuxlu baş qırxanda

ustamın yadına düşərəm.

...Sevgimi bildirməyə

ömür vəfa etmədi...

(...başımda iki burux varıdı)

Ürəyim boş deyil, -

bir mərmi,

bir nakam sevgi dadı,

bir də o qızın adı...

Nə o qızı soruşun,

nə də bir sual edin,

apardıqlarımı halal edin!

# 4275 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news