Nobel mükafatçısı Lent.az-a danışdı: “İnanmırdım...”

Nobel mükafatçısı Lent.az-a danışdı: <span style="color:red;">“İnanmırdım...”
calendar 9 oktyabr 2015
clock 13:45

Svetlana Aleksieviç: “Mən o məktubları hələ də cavablandıra bilməmişəm”

“Sözün düzü, gözləmirdim. İki il idi ki, iddialılar arasında adım keçirdi. Bu il də qalib gələcəyimə inanmırdım. Hər halda, mükafatı aldım. Bir daha deyirəm ki, mənim üçün çox gözlənilməz oldu”. Bu sözləri Lent.az-a açıqlamasında ədəbiyyat üzrə son Nobel mükafatçısı Svetlana Aleksieviç bildirib.

Lent.az-ın sualını köməkçisi vasitəsi ilə cavablandıran xanım Aleksieviçin dediyinə görə, dünəndən onun və meneceri Qalinanın elektron ünvanına minlərlə məktub gəlib. “Mən imkan tapıb o məktubları belə cavablandıra bilməmişəm. Hazırda Nemiqadakı (Minskin mərkəzində küçə) evimdəyəm. İsveç telekanalına müsahibə verməyə hazırlaşıram. Hələ onlarla jurnalist də növbə gözləyir. Axşam isə Berlinə uçacam, sabah orada mətbuat konfransı keçirəcəm. Hələlik deyəcəklərim bu qədər” - deyə Svetlana Aleksieviç bildirib.

Svetlana Aleksandrovna Aleksieviç 31 may 1948-ci ildə doğulub. Uzun müddət jurnalistika fəaliyyəti ilə məşğul olub. 1983-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Belarusda haqqında cinayət işi açıldığına görə ölkəsini tərk edib. İtaliya, Fransa və Almaniyada yaşayıb. On il sürgündə olan yazıçı 2011-ci ildə Belarusa geri qayıdıb.

Svetlana Aleksieviç “Müharibə qadın üzlü deyil”, “Sink oğlanlar”, “Ölümlə ovsunlanmışlar”, “Çernobl uşaqları”, “Sekond-hənd zamanı” və başqa əsərlərin müəllifidir.

67 yaşıl belarus yazıçı Svetlana Aleksieviç bir çox beynəlxalq mükafatın sahibidir.

2013-cü ildən adı Nobel mükafatı namizədləri arasında hallanır.

Aleksieviç bu mükafata layiq görülən 14-cü qadın yazıçıdır.

# 1906 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news