“1500 ölüdən biri də mən ola bilərdim” - UNUDA BİLMİRƏM

“1500 ölüdən biri də mən ola bilərdim”  - <span style="color:red;">UNUDA BİLMİRƏM
calendar 14 iyul 2016
clock 08:30

Kulis "Unuda bilmirəm" layihəsində Nəriman Əbdürrəhmanlının xatirəsini təqdim edir.

Belə hadisələr bir neçədi, amma biri yaddaşımda daha dərin iz buraxıb.

1986-cı ilin avqustunda Batumidə dincəlirdim. Həmin vaxt “Admiral Naximov” paroxodu limanda dayanmışdı, Odessaya üç günlük səfərə hazırlaşırdı. Tanışımla qərara aldıq ki, imkanımız var, gedək. Bilet növbəsinə dayandıq, bizə təxminən 15-16 nəfər qalanda məlum oldu ki, bilet artıq tükənib. Ümidlə gözlədik, fikirləşdik ki, əl altdan satan, ya da qaytaran olar. Amma yenə “bəxtimiz” gətirmədi, cəmi bir bilet tapıldı, təbii ki, onu da almadıq. Paroxodun yanında şəkil çəkdirməklə kifayətləndik, dilxor halda özümüzü itirənəcən içdik.

Cəmi iki gündən sonra... paroxod qəzaya uğradı, 1500-ə yaxın adam həlak oldu. Bu dəfə də sağ qalmağımıza sevinə-sevinə içdik. Hadisənin başverdiyi günü - 1986-cı il avqustun 31-ni (yeri gəlmişkən, bu il düz 30 il ötür o vaxtdan) ikinci doğum günü kimi qeyd eləyirən. Foto isə mənə daim dünyanın faniliyini andırır.

# 968 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news