Şeir cərrah masasında - Seminar

Şeir cərrah masasında - <span style="color:red;">Seminar
calendar 4 mart 2019
clock 10:24

Xəbər verdiyimiz kimi, ötən həftə Xəzər Universitetində “Dillər və ədəbiyyatlar” departamentində Azərbaycan Dillər Universitetinin müəllimi, şair, esseist və tərcüməçi Qismət Rüstəmovun iştirakı ilə “Dünya və Azərbaycan şeiri müasir poetik təfəkkür kontekstində” mövzusunda seminar keçirilib.

“Dünya ədəbiyyatını öyrənək” layihəsi çərçivəsində keçirilən tədbirin təşkilatçısı Qardaşxan Əzizxanlı Aristotel, Horatsi, Kallimax, Bualo, Höte, Eliot, Paund və başqalarının poeziya haqqında nəzəri fikirlərini misal çəkməklə, ədəbi cərəyanların ümumilikdə ədəbiyyatın inkişafında rolundan söz açdı. Bütövlükdə, dünya və Azərbaycan şeirinin əsas istiqamətləri və s. problem məsələlər müzakirə mövzusu oldu.

Q.Rüstəmov Borxesin dünyadakı bütün süjetləri dörd, Jorj Poltinin isə otuz altı dramaturji situasiyada ümumiləşdirdiyini bildirərək, Nobel mükafatı laureatı Oktavio Pasın poeziyanı şeirdən ayırdığını dedi:

“Poeziya sadəcə sözlərin qafiyələnməsi, hecaya salınması deyil. Poeziya texniki məsələlərdən daha böyük və geniş gerçəklikdir”.

O, dünya xalqlarının sözə olan inamından, sözün insan təfəkküründə müstəsna yerindən danışaraq, əslində, “cərrahiyyə masası”na yatırılmalı olan” şeirin materialının dil olduğunu, poeziyada ritm və intonasiyanın önəmini vurğulamaqla, yaradıcı tələbələrə Quranın “Oxu!” nidası ilə başladığını xatırlatdı və onları ardıcıl mütaliə etməyə çağırdı.

“525-ci qəzet”in gənc yazarları Orxan Həsəni və Rəvan Cavidin də qatıldığı tədbirdə Xəzər Universitetinin tələbələri Suqra Əliyeva, Nərmin Ələkbərova, Səkinə Ələkbərova, Fəridə Həsənli, Əfsanə Zəkiyeva, Sonabəyim Nağıyeva, Günay Nuriyeva və Sadiq Mirzəyev ilk qələm təcrübələri ilə çıxış etdilər.

Maraqlı məqamları ilə yadda qalan tədbirin sonunda Qismət Rüstəmov tərcümə etdiyi V.Nabokovun “Rus ədəbiyyatından mühazirələr” və tərtibçisi olduğu “Edqar Podan Etqar Keretə qədər” kitablarını tələbələrə hədiyyə etdi, fərqli deyim tərzi ilə seçilən şeirlərini oxudu.

# 1674 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news