Tülkü qurdu niyə tərifləyir? – Hikmət Ziyanın TƏMSİLLƏRİ

Tülkü qurdu niyə tərifləyir? – <span style="color:red;">Hikmət Ziyanın TƏMSİLLƏRİ
calendar 2 avqust 2017
clock 17:32

2 avqust tanınmış təmsil ustası, şair-tərcüməçi Hikmət Ziyanın xatirə gündür. Kulis.az bu münasibətlə onun bir neçə təmsilini təqdim edir.

Dovğa və çömçə

Daşdı qazanda Dovğa,

Öyündü lovğa-lovğa:

- Görürsünüz, hamıya

Necə can yandıranam?

Taxta Çömçə nəyimdir,

Onu dolandıranam?!

Zürafə

Zürafə yarpaq yedi

Elə əyib budağı.

Unutdu birdəfəlik

O, kitab oxumağı.

Kim söyləsə: - Kitabsız

Əmr etmək olmaz axı!

Dedi: - Ekranlaşdırın,

Televizorda baxım!

Gecәquşu

Qaranlıqda Yarasa,

Quştәk uçan olurdu.

İşıqda büzüşәrәk,

Әsl Siçan olurdu.

Nağara iki əldə

Nağaraçı vuranda

Hava çaldı nağara.

Naşı əl toxunanda

Səs-küy saldı nağara.

Tülkü ikiüzlülüyü

Tülkü bacarsa, Qurdu

Didmәyә dә һazırdı.

Gәl ki, onun һaqqında

Tərifnamə yazırdı.

Mehribanlaşan keçi

Keçi yolda bir axşam

Quzu ilә öpüşdü.

Quşlar gördü, budaqda

Qәşş elәyib, gülüşdü:

Gör nә meһriban olub,

Tanımazsan onu sәn.

Yәqin azad edilib,

Keçi, vәzifәsindәn.

Ayı və kitab

Ayı dedi: - Kitabla, doğrusu yoxdur aram,

Amma, vərəqlərinə bal sürtsələr, yalaram!

Şüşə

Şüşə çilikləndi dönsün almaza,

Süpürüb yığdılar bir xəkəndaza.

Mişar həyati

Mişar -

Dişiylə yaşar.

Alma qurdu

Alma Qurdu almanı tәkcә yesәydi, nә dәrd?!

Həm dә onu içindәn çürüdürdü bu namәrd.

# 4928 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news