Mübariz Örən: “Qabığımın"  imkan verdiyi "ərazilərdə" yeni cəhdlərim olacaq”

Mübariz Örən: “Qabığımın"  imkan verdiyi "ərazilərdə" yeni cəhdlərim olacaq”
calendar 26 fevral 2015
clock 15:16

“Hekayədən sonra” layihəsində Cavanşir Yusifli, Şərif Ağayar, Kənan Hacı və Mirmehdi Ağaoğlu Mübariz Örənin “Qar Tanrısı” hekayəsini müzakirə ediblər.

Mübariz Örənin müzakirəyə münasibətini təqdim edirik:

“Onu deyim ki, "Kulis.az" internet dərgisi öz "qazanında qaynatdığı" proseslə və bu yöndəki dinamikliyi ilə ədəbi mühitdə baş verməkdə olan proseslərdə daima ön sırada olub. "Hekayədən sonra" layihəsi də bu sarıdan uğurludur. Belə başa düşdüm, elə layihənin adından da görünür ki, müzakirənin ruhunda bir "atüstülük" var; yəni təqdim olunan hekayəni oxuduqdan sonra yaranan hissləri, ilk təəssüratı, formalaşan rəyi "isti-isti" bölüşmək. Məncə, bu əla formatdı. "Qar Tanrısı" hekayəmin bu müzakirəyə cəlb olunması, orada hekayə haqda fikir, münasibət bildirən ustaların yanaşması çox maraqlı idi. Öz yazım haqda "yalandan ah çəkmir" (C. Yusifli), "dilin tam yeni çalarlarından istifadə edir "(K. Hacı), "...qəhrəmanından fərqli olaraq zirvədən... əlidolu qayıdır, belə gözəl hekayə ilə" (M. Ağaoğlu), "Hekayənin mövzusu M. Örənin özünün yaradıcılıq konsepsiyasına uyğundur: əsas olan nəticə deyil, prosesin özüdür"(Ş. Ağayar) kimi fikirləri maraqla oxudum. Şərif Ağayarın mətnə "... müasir tematika, bir az sosial lad, bir az postmodern fəndlər..." qatmaq təklifi də maraqlıdır. Hər halda digər hekayələrimdə, məsələn "Şpaqat vəziyyəti", "Oğru", "Ot"... hekayələrində müasir tematika da, sosial lad da yox deyildir və öz "qabığımın" imkan verdiyi "ərazilərdə" yeni cəhdlər də olacaq”.

# 1244 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news