“Dədə Qorqud”da mübahisəli məqamlar var - MÜTƏXƏSSİS RƏYİ

“Dədə Qorqud”da mübahisəli məqamlar var - MÜTƏXƏSSİS RƏYİ
calendar 23 oktyabr 2015
clock 11:59

“Kitabi-Dədə Qorqud” doğrudan da folklor nümunəsi sayılmalıdır? Axı bu, yazılı ədəbiyyatdır və xalqımızın şifahi yaddaşında Koroğlu kimi, Kərəm kimi, Abbas və Gülgəz kimi, Tahir və Zöhrə kimi Qorqud obrazı yoxdur. Eyni zamanda dastanın digər obrazları...

Kulisin başladığı polemikanı folklorşünas, filologiya elmləri namizədi Elxan Məmmədli ilə davam etdiririk.

Elxan müəllimə görə həqiqətən də bu bir qədər mübahisəli məsələdir və hər bir dolaşıqlığı açmaq üçün mübahisələrə aydınlıq gətirmək mümkündür.

E.Məmmədlinin fikrincə “Dədə Qorqud” həm də folklordur: “Onu bilmək lazımdır ki, dastan yazıya alınana qədər folklor nümunəsi olub. Bu abidə 7-ci əsrdən bu yana şifahi şəkildə söylənib. 11-ci əsrdə isə yazıya alındığı məlumdur. Artıq Dədə Qorqud dil faktı kimi qeyd olunmağa başlayıb.

Elxan müəllim sözünün sonunda onu da qeyd etdi ki, bu gün dastanın boyları aşıqlar kimi söylənilməsə də, Dədə Qorqudun kəlamları, ordan günümüzə gəlib çatan ibrətamiz ifadələr, məsəllər, atalar sözləri və s. gündəlik danışığımızda sıx-sıx işlənməkdədir.

# 1388 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news