Haqverdiyev ermənilərin sifarişi ilə nə yazdı? – İNANILMAZ FAKT

<b>Haqverdiyev ermənilərin sifarişi ilə nə yazdı? – <span style="color:red;">İNANILMAZ FAKT </b>
calendar 10 iyul 2017
clock 12:21

Kulis.Az 1979-cu ildə “Gənclik” nəşriyyatında çap olunan “Azərbaycan yazıçılarının həyatından dəqiqələr” kitabında yer alan bu əhvalatı heç bir şərh və yozum vermədən, sadəcə maraqlı ədəbiyyat faktı kimi təqdim edir.

1929-cu ildə Azərbaycan yazıçıları əvvəl Gürcüstana, oradan da gürcü yazıçıları ilə birlikdə Ermənistana qonaq gedirlər. Haqverdiyevlə Şirvanzadə hər yerdə bərabər gəzir, bərabər otururdular. Onlar köhnə dost idilər. Erməni artistləri səhnədə milli rəqslər ifa edirmişlər. Haqveriyev öz dostuna deyir:

- Aleksandr Minasoviç, görürsən də, iki xalqın musiqi və rəqsləri, həyatları, adətləri nə qədər bir-birinə yaxındır.

- Düz buyurursunuz Əbdürrəhim bəy, - Şirvanzadə sözünə davam edir: - Mən Azərbaycan həyatından yazmışam. Siz də erməni həyatından yazmalısınız.

- Bu, çətin iş deyil. Hansı hekayəmdəki şəxslərin adlarını dəyişdirib Arşaq, Avanes, Vartan qoysam, olar erməni həyatından.

Haqverdiyev öz dostuna erməni həyatından yeni əsər yazmağı vəd edir, vədi yerinə yetirir. Azərbaycan və erməni xalqlarının dostluğunu əks etdirən “Çox gözəl” pyesini yazır.

P.S. Bir qədər sonra “Çox gözəl” pyesini təqdim edəcəyik

# 974 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news