Gödəkçəmi atım bu qadının çiyninə - Cavid Zeynallı yazır...

Gödəkçəmi atım bu qadının çiyninə - <span style="color:red;">Cavid Zeynallı yazır...
calendar 17 noyabr 2017
clock 17:30

Kulis.az Cavid Zeynallının “Parkda qadın” yazısını təqdim edir

Səməd Vurğun parkında səhər açılır...

Yuxulu adamlar ağacların gövdəsindən,

kolların bətnindən çıxıb harasa tələsirlər.

Zibil qutusu.

Yanında skamya.

Kök qadın mürgüləyir noyabr soyuğunda.

Eldar şamına qonan qarğaya bax,

dimdiyi dənizə elə hey qarrr... qarrr...

Nə var, nolub, ala qarğa?

Bir də qadın yata bilmir

nar ağacından uçuşan sərçələrin civiltisindən.

Bir tərəfdən də payız çiskini.

Bəlkə gödəkçəmi atım bu qadının çiyninə?

Bəlkə əllərimin istisindən

pay götürsün barmaqları?

Bayıla gedən 88 burulur tini.

Sərhəd kimi yarımçıq, ölkəm kimi kədərli 88...

İçindəki adamların da... üzündə,

hə, üzündə həbsə göndərilmək əzabı.

Bax, o kişini deyirəm,

qəzetdən iş axtaran kişini.

Sətirləri, elanları gözünə təpən kişini deyirəm...

Bəlkə qəzeti sərdi o qadının üstünə?

Elanları atdı o qadının çiyninə?

İsti yorğan kimi sərdi, yumşaq adyal kimi

atdı bəlkə?

Səməd Vurğun parkında səhər açılır...

Ağacların arxasından,

kolların arasından çıxır

polis zabiti...

Bir dəqiqə, bir dəqiqə...

Qorxmayın, ay adamlar.

Ağacların arxasından,

kolların arasından çıxan polis

bir mənə baxır, bir yuxusunda

uşaq çimizdirən qadına.

Mən axmaqdan, iş axtaran qorxaqdan ürəkli çıxır o.

Səməd Vurğun parkında səhər açılır...

İndi qarğa susub dimdiyi dənizə.

Nar ağacı yarpaq silkələyir

nadinc sərçələrə.

İndi canında vulkan istiliyi,

İşdən qayıdan ərinə

göy qutabı üçün xəmir yoğurur

çiyini rütbəli fahişə.

Və nar ağacından qopan sərçə

qonur onun yaxasına,

qonur onun yuxusuna.

Di, yenə noldu, ala qarğa?!

# 956 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news