Salam Sarvan: “Yeni kitabıma görə oxucularım məndən möhkəm inciyə bilər”

<b> Salam Sarvan: <span style="color:red;">“Yeni kitabıma görə oxucularım məndən möhkəm inciyə bilər”   </b>
calendar 3 dekabr 2017
clock 11:00

Xəbər verdiyimiz kimi, tanınmış şair Salam Sarvanın yeni şeirlər kitabı çıxıb.

“Qanun” nəşriyyatında çap olunan kitab "Heykəl tənhalığı" adlanır.

Kitabla bağlı Kulis.az saytına danışan S.Sarvan qeyd edib ki, bu kitabı, əslində, ilk kitabım sayıram: “Ya da belə deyim - “Yeganı kitabım”. Əvvəlki kitabların heç birinin çıxmasında ciddi iştirakım olmayıb, onlar müxtəlif nəşriyyatların şəxsi təşəbbüsləriylə çıxdığından başdansovdu hazırlanıb, elə özüm də, ümumən, kitab məsələsinə laqeyd yanaşmışam indiyəcən. O kitabların heç biri indi məni ovutmur.”

Şairin sözlərinə görə, kitabın yarıdan çoxu yeni şeirlərdir. Köhnə şeirlərsə sərt süzgəcdən keçib, əvvəlki kitablarda gedən şeirlərin bir qismindən imtina olunub. Bəzilərində redaktə gedib.

S.Sarvan: “Mümkündü ki, 90-cı illərin oxucularının bir qismi məndən möhkəm incisinlər, ancaq anlaşılacağıma da ümid edirəm.”

Dünya poeziyasının indiki mənzərəsindən məlumatlı olduğunu qeyd edən şair açıqlamasını bu sözlərlə bitirib: “Qətiyyətlə deyə bilərəm: bu kitabı bütünlüklə xarici dillərə tərcümə edib adam arasına arxayınlıqla çıxarmaq olar. Hərçənd bu məsələlərlə məşğul olmaqda elə də həvəsli deyiləm.”

Kitabı şəhərin əsas kitab mağazalarından əldə edə bilərsiniz.

# 1022 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news