Gürcüstanın paytaxtında mayın 17-dən 20-dək ilk dəfə “Tbilisi Art Fair” (TAF) müasir vizual incəsənətin beynəlxalq yarmarkası keçiriləcək.
TAF yarmarkası, əsasən Qara dəniz, Xəzər və Baltik regionunun müasir incəsənət nümayəndələrinin iştirakı üçün təşkil olunur.
Yarmarkada Gürcüstanla yanaşı, Azərbaycan, Rusiya, İran, Türkiyə, Belarus, Polşa, Rumıniya, Litva, Estoniya və digər ölkələrin müasir incəsənət rəssamlarının əsərləri nümayiş olunacaq.
- Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı
- Mən sevinirəm ki, Fərhadın söz soxduğu adamam
- Kitab sərgisində "Günlərdən şeir"
Bir çox sərgi, konfrans və mədəniyyət layihələrinin nəzərdə tutulduğu tədbir “Expo Georgia” sərgi mərkəzində reallaşacaq./azertag.az/